Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

FAQs

Onlayn çap nədir?

Cavab:  İnternet çap sistemi - onlayn məzmun və tirajın sənaye istehsalı arasında olan körpüdür. Bu proses müştəriyə ofisdən çıxmadan  çap maketini hazırlamağa imkan yaradır. Maket PDF (Portable Document Format) formatda yaxud saytımızda təqdim etdiyimiz, sonda çap olunması üçün bizə göndərə biləcəyiniz şablonlardan istifadə etməklə hazırlana bilər.

                                                                                                                                                                                               

Əvvələ qayıt

Neçə ildir ki, mətbəəniz poliqrafiya bazarında mövcuddur?

Cavab: "Max-Print" mətbəə mərkəzi 2005-ci ildən etibarən poliqrafiya xidmətləri bazarındadır. Hal hazırda mətbəə mərkəzində çap işlərinin ən qısa zamanda yerinə yetirilməsinə imkan yaradan müasir poliqrafiya avadanlıqları quraşdırılmışdır.

Əvvələ qayıt

Mətbəənizə aid dizayn studiya və ya çap işinin maketini hazırlayacaq, ştat cədvəli ilə çalışan dizaynerləriniz varmı?

Cavab:  Mətbəəmizdə ştat cədvəli ilə çalışan təcrübəli və yaradıcı (kreativ) dizaynerlərimiz istənilən formada olan sifarişinizi yerinə yetirə bilər və sifarişlə bağlı istəklərinizin həyata keçməsində Sizə yardımçı ola bilər.  Sifarişçinin istəyinə əsasən dizaynerlər maketin dizaynı və üslubuna dair onun istək və tələblərini özünün iştirakı ilə yerinə yetirə bilər.

Əvvələ qayıt

Hansı konkret adlı məhsulları istehsal edirsiniz?

Cavab:  Saytımızda çap sənayesi sahəsində ən çox tələbatı olan məhsullar təqdim olunur.

Əvvələ qayıt

Çapın müddəti orta hesabla neçə vaxta bərabırdir?

Cavab: Çapın operativliyi qarşımızda qoyulan tapşırığın mürəkkəbliyindən asılıdır: sifariş 1 saat və ya bir neçə günə yerinə yetirilə bilər.

Əvvələ qayıt