Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

Foto oboylar

 

 

Özüyapışan foto oboylar

 

Son zamanlar ofis və evlərin əlvan foto oboylarla bəzədilməsi geniş yayılmışdır.

 

Beləliklə, bizdə buna aid xidmətlər də mövcuddur. Sizə istənilən foto şəkil yaxud qrafik təsviri çap edib, ofis və ya evinizin divarında yerləşdirmək imkanını təklif edirik.

 

Hazırladığımız foto oboylar hazırda bu sahədə edilən təkliflərdən çox sərfəlidir. 

 

Birincisi, bu oboyların ekoloji cəhətdən təmiz lateks boyaları ilə çap edildiyi üçün Avropa və ABŞ-da uşaq otaqlarında və ya tibbi müəssisələrdə istifadəsinə icazə verilmişdir. Digər təkliflərdəki mənşəi məlum olmayan oboylar, tərkibində spirt və digər həlledici məhlullar olan boyalarla çap edilmişdir.

 

İkincisi, bu oboylar asanlıqla divara quraşdırılır. Oboyun xüsusi qatı var ki, adi su ilə islandıqda yapışqan olur. Divara vurulduqdan sonra həmin yapışqan qat quruyaraq oboyu divara möhkəm bərkidir. Beləliklə, bu oboyları xüsusi təcrübəsi olmayan, istənilən  şəxs quraşdıra bilər.

 

Üçüncüsü, bizim hazırladığımlz foto oboyların çapı keyfiyyətli və parlaq alınır, əl ilə toxunarkən hiss edilən oboyun yumuşaq mat üzü divarın hamar olmayan hissələrini örtür.

 

Foto oboylar eni 1 metr olmaqla rulon şəklindər çap edilir. Şəkillərə qarşı olan əsas tələblərdən biri – onların yüksək keyfiyyətdə olmasıdır ki, böyük divarda effektli görünsün.

 

Qiymət 1 kv metrəyə uyğun olaraq dəyişilir:

5 m2 qədər       26 AZN

5-20 m2             24 AZN

20-50 m2           23  AZN

50-dən yuxarı   20 AZN

 

Foto oboyların hazırlama müddəti 2-3 gündür.


  •  Standart olmayan sifarişlərin hesablanması üçün mağazamızda ilkin qeydiyyatdan keçərək şəxsi kabinetinizdən birbaşa bizə müraciət edə və ya şirkətimizin ofis-meneceri ilə əlaqə saxlaya bilərsiniz.Əlaqə