Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

İstifadə şərtləri

Xidmət haqqının ödənilməsi

 

Alıcı "Max-Print" Tərəfdaşı saytında yerləşdirilmiş hər hansı məhsulun alınması üçün sifariş tərtib edərsə, o, "Max-Print" saytında əks olunan Məhsulun dəyərini "Max-Print"-ə ödəməyi öhdəsinə götürür.

 

Alıcı Məhsulun Dəyərinin ödənilməsi üçün "Max-Print" tərəfindən təklif edilən ödəniş qaydalarından biri haqqında "Max-Print"-ə məlumat verməyi öhdəsinə götürür. Alıcının seçdiyi ödəniş qaydasında ilkin (avans) ödəniş nəzərdə tutularsa, o zaman Alıcı xidmətin göstərilməsi ilə bağlı sifariş formasını tərtib etdiyi andan etibarən 10 təqvim günü ərzində "Max-Print"-ə Məhsulun Dəyərini ödəməlidir.

 

Tərəflərin məsuliyyəti

 

Əgər insan faktoru, Məhsulların müvəqqəti olmaması, avadanlığın düzgün işləməməsi, təchizatçıdan zədəli malın gəlməsi və ya digər texniki qüsurlar səbəbindən "Max-Print" öz öhdəliklərini və sifarişi tələb olunduğu qaydada və ya vaxtında yetirə bilmirsə Alıcı qarşısında, aldığı Məhsul dəyərinin civarında cavabdehlik daşıyır. 

 

Alıcının hüquqları

 

Hazırki razılaşmaya əsasən "Max-Print"-ən öz öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini tələb etmək.