Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

Məxfilik siyasəti

"Max-Print" Şirkəti şəxsi məlumatları yalnız hazırki məxfilik Siyasətində və/və ya müəyyən xidmət sahələri üçün nəzərdə tutulmuş köməkçi qeydlərdə təsvir edilmiş məqsədlərlə hazırlayır. Yuxarıda qeyd olunanlardan başqa bu məqsədlərə daxildir:

 

·        istifadəçilərə şəxsiləşdirilmiş məzmun və reklamın göstərilməsi xidməti;

·        xidmətlərimizin qorunması və təkmilləşdirilməsini təmin edən yoxlama, araşdırma və analiz;

·        xidmətlərimizin texniki cəhətdən fəaliyyətinə dəstək;

·        "Max-Print" Şirkətinin və ya istifadəçilərimizin hüquq və mülkiyyətinin qorunması;

·        yeni xidmət növlərinin işlənib hazırlanması.

 

Şəxsi məlumatların hazırlanması haqqında əlavə məlumatı müəyyən xidmət sahələri üçün nəzərdə tutulmuş məxfilik qeydlərindən almaq mümkündür. Şəxsi məlumatları şəxsi xidmətlərin göstərilməsi məqsədilə hazırlaya bilərik. Digər hallarda isə, şəxsi məlumatları üçüncü tərəfin (məsələn, reklam işləri üzrə partyorlarımız) adından və ya tapşırığı ilə hazırlaya bilərik.

 

Məlumatlara girişin təmin edilməsi

 

 

"Max-Print", şirkətə aid olmayan digər şirkət və ya şəxslərin şəxsi məlumatlara girişinə yalnız aşağıdakı məhdudlaşdırılmış hallarda icazə verir: Bizdə buna dair sizin razılığınız var. Hər hansı məxfi məlumatın ötürülməsi üçün sizin açıq razılığınız tələb olunur. Bu kimi məlumatları törəmə təşkilat və filial şirkətlərimizə həmçinin digər etibarlı şirkət və ya şəxslərə şəxsi məlumatların yalnız öz adımızdan hazırlanması məqsədilə təqdim edirik. Məlumat təkmilləşdirildiyi zaman  təlimatlarımıza və Məxfilik siyasətinə riayət edilməsini həmçinin məxfiliyin qorunması məqsədilə digər tədbirlərin yerinə yetirməsini üçüncü tərəfdən tələb edirik.

Bu cür məlumata girişin icazə verilməsi, onun istifadə edilməsi, saxlanılması və ya aşkar edilməsinin aşağıda göstərilən səbəblərə görə vacib olmasına dair kifayət qədər əsasımız var:

1)    qüvvədə olan qanunlara, qərar və fərmanlara, hüquqi prosesin tələblərinə və ya qanuni dövlət sifarişlərinə riayət olunması;

2)    potensial qayda pozuntuları daxil olmaqla, xidmətlərin təqdim edilməsi haqqında qüvvədə olan Şərtlərə riayət olunması;

3)    fırıldaqçı əməliyyatlarının aşkar edilməsi və qarşısının alınması, həmçinin təhlükəsizliklə bağlı problemlərin və texniki nasazlıqların həll olunması; və ya

4)    "Max-Print" Şirkətinin, istifadəçilərin və cəmiyyətin qanunla tənzimlənən hüququ, səlahiyyəti və təhlükəsizliyinə təsir edəcək qüvvədən qorunması.

 

 

Məlumata qeyri qanuni girişin, onun aşkar edilməsinin, dəyişdirilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədilə bütün lazımi tədbirlər görülür. Bura: məlumatın yığılma, saxlanma və hazırlanma prosesinə həmçinin təhlükəsizlik tədbirlərinə daxili nəzarət, eləcə də şəxsi məlumatın saxlandığı sistemə qeyri qanuni girişin qarşısının alınması və məlumatın fiziki təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər daxil edilir.

 

 

Şəxsi məlumatlara giriş icazəsi yalnız bu məlumatdan istifadə edərək xidmətlərin tətbiqini, işlənib və təkmilləşdirilməsini yerinə yetirən "Max-Print" Şirkətinə aid işçilərə təqdim edilir. Bu şəxslər məlumatın məxfiliyinə dair qoyulmuş tələbləri yerinə yetirmədiyi halda müqavilələrinə xitam verilmə və məhkəmə prosesi ilə izlənmə kimi cəzalara məruz qala bilər.

 

 

Məlumatın bütövlüyü

"Max-Print" Şirkəti şəxsi məlumatları, məxfilik Siyasətinə yaxud konkret xidmətlər üçün nəzərdə tutulmuş məxfilik haqqında qüvvədə olan digər qeydlərə uyğun olaraq onun yığıldığı səbəblərə görə hazırlayır. Məlumatın yığılma, saxlanma və işlənib hazırlanma prosesi, təqdim etdiyimiz xidmətlərin və hazırki məxfilik Siyasətində nəzərdə tutulmuş digər məqsədlərin təkmilləşdirilməsi üçün davamlı şəkildə bizdə yoxlanılır. Topladığımız şəxsi məlumatların dəqiqliyini, tam olmasını və aktuallığını təmin etmək üçün tərəfimizdən əsaslı tədbirlər görülür. Lakin burada istifadəçilərin də dəstəyinə ehtiyacımız var. Belə ki, tələb olunduğu halda hər bir istifadəçi öz şəxsi məlumatlarında dəyişikliklər etməli və onları yeniləməlidir.

 

 

Şəxsi məlumatlara giriş və onların yenilənməsi

 

"Max-Print" Şirkətinin təqdim etdiyi xidmətlərdən istifadə etdiyiniz zaman öz şəxsi məlumatlarınıza daxil olmanıza, səhv olduğu təqdirdə düzəlişlərin edilməsinə, saxlanılması qanunla tələb olunmadıqda və ya qanuni iş məqsədləri ilə şərtləndirilmədikdə öz sorğunuza əsasən məlumatlarınızın silinməsinə icazənin verilməsi üçün əlimizdən gələni edirik. Hər hansı məlumatın alınması, düzəldilməsi və ya silinməsi ilə bağlı sorğunu yerinə yetirməzdən öncə, istifadəçidən şəxsiyyətini və məlumatın ona məxsus olduğunu təsdiq etməyi xahiş edirik, və texniki cəhətdən çox çətinliklə yerinə yetirilən, digər istifadəçilərə məxsus məlumatların məxfiliyinə təhlükə yaradan və ya onların üzərində işlərin aparılması məqsədəuyğun olmayan (misal üçün, ehtiyat (rezerv) kopiya zolağında saxlanılan məlumatlarla bağlı sorğular) və ya yerinə yetirilməsi üçün məlumatlara giriş icazəsi tələb olunmayan davamlı şəkildə yaxud tez-tez təkrarlanan sorğulara imtina cavabı göndərə bilərik. Tərəfimizdən həddsiz əməyin sərf olunması tələb olunmazsa hər bir halda məlumatlara giriş və düzəlişlərin edilməsinə icazə ödənişsiz verilir. Bəzi xidmətlərimizdə istifadəçilərə aid şəxsi məlumatların alınması, düzəlişlərin edilməsi və silinməsində fərqli prosedurlar tətbiq olunur. Həmin prosedurların ətraflı izahı məxfilik haqqında xüsusi qeydlərdə və ya bu xidmətlərlə bağlı Tez-tez verilən suallarda verilir.