Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

Təlimat

Şəxsi kabinet

Şəxsi kabinetə "Giriş/Qeydiyyat" düyməsini basaraq daxil olmaq mümkündür. Daha sonra ünvanınızı, elektron poçt ünvanınızı və parolunuzu daxil edin. Şəxsi kabinetdə 6 bölmə aktivdir: 1) Sifarişlər; 2) Portofilio; 3) Ərizələr; 4) Şəkillər 5) QR kodun İdarə edilməsi 6) Çatdırılma ünvanı. 

 

1.      Sifarişlər. Bu bölmədə Siz ödənilməsi üçün gözləmə rejimində olan bütün sifarişlərinizə nəzər yetirə, həmçinin onlayn ödəmə sistemi ilə ödəniş edə bilərsiniz.

 

2.      Portofilio. Burada Sizə özünüzün yaratdığınız maketə baxmaq, düzəliş etmək və sifarişi təsdiqləmək imkanı təqdim olunur.

3.      Ərizələr. Burada Siz qeyri standart sifariş və ya saytımızda tapa bilmədiyiniz məhsulla bağlı ərizə təqdim edə bilərsiniz.

 

4.      Şəkillər. "Şəkil əlavə et" düyməsini basaraq maketiniz üçün lazım olan şəkilləri yükləyə bilərsiniz.

 

5.      QR kodun idarə olunması. "QR kodu" düyməsini basaraq öz məlumatınız əsasında QR kodu yarada bilər və onları öz layihələrinizdə istifadə edə bilərsiniz.

 

6.      Çatdırılma ünvanı. Bu bölmədə öz sifarişlərinizi almaq istədiyiniz ünvanı qeyd edin. 

 

Sifarişin düzəlişi və yerinə yetirilməsi

Sizi maraqlandıran məhsulu seçin. Daha sonra "Qiymət kalkulyatoru"na diqqət yetirin.  Bu bölmədə Siz sifarişinizə öz istəyinizə əsasən düzəlişlər əlavə edə bilərsiniz. Sifarişin qiyməti kağızın keyfiyyətinə və tirajına görə dəyişə bilər.

Hər bir məhsul üçün ayrı ayrılıqda dizayn bölməsi var. Burada Siz öz dizaynınızı yükləyə, təqdim edilmiş hazır şablonlardan (şablonlar kateqoriyaya görə bölünür, sütunun sağ tərəfinə bax) birini seçə və ya müstəqil şəkildə öz dizaynınızı sıfrdan yarada bilərsiniz.

"Dizayn yüklə" düyməsini basdıqdan sonra "Faylı Seçin" düyməsinə basmaqla öz maketinizi yükləyə bilərsiniz. Yüklədiyiniz faylın həcmi 50MB dən artıq olmamalıdır.

Maketi PDF formatda yükləmək mümkündür. CorelDraw proqramında hazırlanmış maketləri yükləmədən öncə WinRaR proqramı vasitəsilə arxivləşdirmək tövsiyə edilir.

"Dizaynı seç" düyməsinə basmaqla şablonlar bölməsinə daxil olursunuz. Kataloqumuzda təqdim olunan şablonlar iki müxtəlif kateqoriyalara bölünüb, müvafiq bölməni seçməklə dizaynın hazır maketlərinə baxa bilərsiniz.

 

"Dizayn İnternet" düyməsinə basaraq maketdə düzəlişlər etmək mümkündür. Daha sonra təqdim olunan boş xanalara tələb olunan məlumatı daxil edin "Ünvan, S.A.A., Əlaqə telefonu, Məlumat".

Hazır proyekrinizi seçdikdən sonra sifarişin düzəlişi bölməsinə daxil olursunuz. Burada kağızın miqdarını, keyfiyyətini dəyişə bilər həmçinin proyektə laminasiya yaxud dəyirmi bucaqlar (vizitkalar üçün) əlavə edə bilərsiniz.

 

Dizayn studiya

"Dizayn yarat" düyməsinə basdıqda "Dizayn Studiya" bölməsi açılır. "Mənim maketim" sahəsində vizit kartının məzmunu və qiymətində düzəlişlər edə bilərsiniz. Həmçinin maketin çevrilməsi, mətnin və həndəsi xəttlərin  əlavə edilməsi, kəsilib, kopiyalanıb və qoyulması kimi funksiyaları yerinə yetirmək mümkündür. Fotoqalereya bölməsində Picasa, Flicker və eləcədə Facebook-dan şəkillər yükləmək mümkündür.

 

“Şablonlar” bölməsində bütün şablonlar kateqoriyalara bölünür (sütunun sağ tərəfində).

 

 “Gözdən keçirt” bölməsinə daxil olaraq yaratdığınız/seçdiyiniz maketi gözdən keçirə bilərsiniz.