Dil seçimi

Məhsullar

Müştərilər üçün giriş

Email*
Şifrə *
Şifrənizi unutmusuz?
 

Haqqımızda

Haqqımızda


Şirkətimiz 2005-ci ildə təsis edilmişdir. Fəaliyyətimizə rəqəmsal çap işi ilə başlayıb və bu bir neçə il ərzində gərgin, peşəkar fəaliyyətimizin sayəsində operativ poliqrafiya bazarında aparıcı mövqeni tutduq.


Bundan başqa fəaliyyətimizdə yeni istiqamətlər kəşf edib və öyrəndik. Daha dəqiq desək, ofset çap, eksteryer (küçə) reklamı, kətan üzərində çap və promo-suvenirlərin hazırlanması istiqamətində fəaliyyətimizi təkmilləşdirdik. Bu da öz növbəsində  bizə, dörd əsas biznes-istiqamətlərinin bir biri ilə sıx əlaqədə olan və müştəriləri üçün növü və mürəkkəbliyindən asılı olmayaraq istənilən kompleks marketinq məsələlərini həll edən iri “çap fabrikinə” çevrilməyə imkan yaratdı.


Bu sayt ümumi məlumatın, hesablama və qiymətin təqdim edilməsi həmçinin operativ və geniş formatlı çap işləri istiqamətində ixtisaslaşan rəqəmsal tipoqrafiyamızda sifarişlərin qəbul edilməsi üçün bir vasitədir.

Rəqəmsal çapın məqsədi – müddət məhdudiyyəti, kiçik tirajlı çapa tələbatın olmaması və ya bu kimi çap işlərinin yerinə yetirilməsi üçün tələb olunan texniki avadanlıqların olmaması səbəbindən iri ofset mətbəələrini maraqlandırmayan, kiçik tirajlı və təcili sifarişlərin yerinə yetirilməsindən ibarətdir.

Əsas məqsədlərimiz - müştərilərimizlə maneəsiz əlaqə qurmaq, sifarişləri ən qısa müddət ərzində yerinə yetirmək, keyfiyyətli iş, rahat və xoş xidmət, uyğun qiymətlər və müştərinin hər hansı qeyri standart fikrinin yerinə yetirilməsi üçün yeni qərarlar tətbiq etməkdən ibarətdir. Ciddi yerli və xarici şirkət həmçinin təşkilatlarla olan uzunmüddətli müqavilələr və qurduğumuz qarşılıqlı səmərəli əməkdaşlıq, sadaladığımız məqsədlərin uğurla yerinə yetirilməsinə ümid verir.


Operativ çap mərkəzimiz iki əsas şöbələrdən ibarətdir – kağız (lövhə) üzərində rəqəmsal çap və geniş formatlı çap şöbəsi.

Kağız üzərində rəqəmsal çap mərkəzində müxtəlif cildləmə növü ilə flayer və broşurlar, blanklar, dəvətnamələr, plakatlar, vizitkalar, bukletlər və s. məhsullar çap edilir. Burada həmçinin zərflər, disklər və plastik kartlar üzərində basma (naxış), laminasiya və sair işləri yerinə yetiririk.

Geniş formatlı çap şöbəsində plakat, banner və iri ölçülü stikerlər, möhür, çertyojların surətinin çıxarılması və skanerdən keçirilməsi həmçinin geniş formatlı laminasiya üçün sifarişlər qəbul edilir. Müxtəlif fiqur kəsimli stikerlərin, lövhələrin və şəkillərin hər hansı sərt material, kətan üzərində çap edilməsi və bir çox digər xidmətlərin yerinə yetirilməsi mərkəzimizdə mümkündür.


Yaranan hər hansı texniki sualların həll edilməsi (cavablandırılması) və tələb olunan nəticənin əldə edilməsi məqsədilə müştəri ilə dialoq qurmağa hər zaman hazırıq. Peşəkar əməkdaşlarımız bu və ya digər sifarişin maksimal dərəcədə keyfiyyətli və müəyyən edilmiş müddətdə hazırlanması üçün sifariş maketinin parametrləri ilə bağlı məsləhətlər verə bilər və hər zaman Sizin yardımçınız ola bilər.


Bununla belə, müştərilərimiz üçün maksimal dərəcədə geniş spektrli reklam xidmətinin göstərilməsi məqsədilə çap işləri sahəsində daim yeni texnoloji həllərin axtarışı, yeni avadanlıq və proqram təminatının alınması marağındayıq.


Biz müştərilərimzlə bərabər böyüyür və inkişaf edirik. Sifarişçilərimizin arzusu budur: “Biz rahatlığımızın təmin edilməsini arzulayırıq. İstəyirik ki, bütün məsələlərimiz eyni yerdə, operativ və əla nəticələrlə həll olunsun. Bundan başqa istəyirik ki, bizi anlasınlar”.


 Biz isə öz növbəmizdə bu istəklərin yerinə yetirilməsi üçün əlimizdən gələni edirik.